Bakı 25 saylı Mediasiya Təşkilatı

Bakı 25 saylı Mediasiya Təşkilatı � Bakı 25 saylı Mediasiya Təşkilatı

04/09/2026

📌 Zəngilan rayonu üzrə mediasiya təşkilatı fəaliyyətə başlayıb

ℹ️ Zəngilan 1 saylı mediasiya təşkilatının “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsi ilə tənzimlənən tələblərə uyğunluqları müəyyən edilmiş, Mediasiya Şurası İdarə Heyətinin qərarı ilə Zəngilan 1 saylı mediasiya təşkilatı Şuranın üzvlüyünə qəbul edilərək təşkilat barədə məlumatlar mediasiya təşkilatları reyestrinə daxil edilmişdir.

Zəngilan və Qubadlı rayonu üzrə vətəndaşlar 5 sentyabr 2026-cı ildən etibarən Zəngilan 1 saylı mediasiya təşkilatına müraciət edə bilərlər.

🖇 Zəngilan 1 saylı mediasiya təşkilatının məlumatları:

Təşkilatın direktoru: Quliyev Elçin İbrahim oğlu

📍Təşkilatın müvəqqəti fəaliyyət göstərəcəyi ünvan: Bakı şəhəri, Binəqədi rayonu, 8-ci mikrorayon, İbrahimpaşa Dadaşov küçəsi, 91c
📞 Telefon: +994 (50) 285 21 01
📧 E-mail: [email protected]

03/09/2026
“Dialoqdan etimada, etimaddan barışığa.”
03/09/2026

“Dialoqdan etimada, etimaddan barışığa.”

22/08/2026

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Özbəkistanın Milli İnformasiya Agentliyinə (UzA) müsahibə verib.

18/08/2026

18 Avqust – Sərhəd Qoşunları əməkdaşlarının Peşə Bayramı Günüdür.

Dövlət sərhədimizin keşiyində dayanan, ölkəmizin təhlükəsizliyinin və ərazi bütövlüyünün qorunmasına böyük töhfə verən bütün sərhədçilərimizi bu əlamətdar gün münasibətilə təbrik edir, şərəfli və məsuliyyətli xidmətlərində uğurlar arzulayırıq.

Peşə bayramınız mübarək! 🇦🇿

16/08/2026

📌 Azərbaycan Respublikasının Mediasiya Şurası Mərkəzi Asiya Mediatorlar Konsorsiumuna üzv qəbul edildi

Azərbaycan mediasiyasının beynəlxalq əməkdaşlıq coğrafiyası genişlənir

Azərbaycan Respublikasının Mediasiya Şurası Mərkəzi Asiya Mediatorlar Konsorsiumuna tamhüquqlu üzv qəbul edilib.

Bu barədə qərar Qırğızıstan Respublikasının İssık-Kul bölgəsində keçirilən IV Beynəlxalq Mediasiya Yay Məktəbi çərçivəsində qəbul olunub. Tədbirdə Mərkəzi Asiya ölkələri ilə yanaşı, müxtəlif ölkələrdən mediatorlar, mediasiya təşkilatlarının rəhbərləri və ekspertlər iştirak ediblər. Azərbaycanı tədbirdə Mediasiya Şurasının 17 nəfərdən ibarət nümayəndə heyəti təmsil edib.

Azərbaycan Respublikasının Mediasiya Şurasının Konsorsiuma üzv qəbul edilməsi ölkəmizin mediasiya sahəsində əldə etdiyi təcrübənin beynəlxalq səviyyədə tanınmasının və Azərbaycan mediatorlarının Mərkəzi Asiya ölkələrinin mediasiya peşəkarları ilə əməkdaşlığının daha da genişləndirilməsinin mühüm göstəricilərindən biridir.

Mərkəzi Asiya Mediatorlar Konsorsiumunun rəhbərliyində regionun müxtəlif ölkələrini təmsil edən tanınmış mediasiya mütəxəssisləri yer alır.

Konsorsiumun həmsədrləri sırasında Qırğızıstandan Gülsina Xocoyarova – Qırğızıstan Respublikası Mediatorlar Palatasının sədri, Qazaxıstandan Jandilde Jakupov və Özbəkistandan Faziljon Otaxonov təmsil olunurlar.

Konsorsiumun belə bir regional rəhbərlik modeli Mərkəzi Asiya ölkələri arasında mediasiya sahəsində bərabərhüquqlu əməkdaşlığın, qarşılıqlı təcrübə mübadiləsinin və peşəkar əlaqələrin inkişaf etdirilməsinə xidmət edir.

Azərbaycan Respublikasının Mediasiya Şurasının Konsorsiuma tamhüquqlu üzv qəbul edilməsi ilə Azərbaycan mediasiya institutu da bu regional əməkdaşlıq platformasının bir hissəsinə çevrilib.

Azərbaycanın Konsorsiuma üzvlüyü ölkəmizin Mərkəzi Asiya dövlətləri ilə hüquq və mediasiya sahəsində əlaqələrinin yeni mərhələyə qədəm qoymasına imkan yaradacaq. Qarşıdakı dövrdə birgə beynəlxalq layihələrin, təlimlərin, yay məktəblərinin, elmi-praktik konfransların və mediatorlar arasında təcrübə mübadiləsinin həyata keçirilməsi nəzərdə tutulur.

“Bu, Azərbaycan mediasiyasının beynəlxalq nüfuzunun göstəricisidir”

Azərbaycan Respublikasının Mediasiya Şurasınından bildirilib ki, Azərbaycanın Mərkəzi Asiya Mediatorlar Konsorsiumuna üzv qəbul edilməsi ölkə mediasiyasının beynəlxalq əməkdaşlıq imkanlarının genişləndirilməsi baxımından mühüm hadisədir:

“Azərbaycan mediasiyasının inkişafı yalnız ölkə daxilində əldə olunan nəticələrlə məhdudlaşmamalıdır. Bizim əsas məqsədlərimizdən biri Azərbaycan mediatorlarının beynəlxalq mediasiya ailəsində daha fəal və layiqli yer tutmasıdır. Mərkəzi Asiya Mediatorlar Konsorsiumuna tamhüquqlu üzv qəbul edilməyimiz bu istiqamətdə atılmış növbəti mühüm addımlardan biridir.

Biz mediasiya sahəsində Mərkəzi Asiya ölkələrinin mediatorları ilə dostluq və peşəkar əməkdaşlıq münasibətlərimizi bundan sonra da inkişaf etdirəcəyik.

Əminik ki, bu əməkdaşlıq qarşılıqlı təcrübə mübadiləsinə, yeni beynəlxalq layihələrin həyata keçirilməsinə və Azərbaycan mediasiyasının daha geniş coğrafiyada tanıdılmasına xidmət edəcək.”

Azərbaycan nümayəndə heyətinin Qırğızıstanda keçirilən tədbirdə iştirakı çərçivəsində “Transsərhəd mediasiya: Sinqapur və Honkonq konvensiyaları” mövzusunda beynəlxalq konfrans da keçirilib.

Azərbaycan Respublikasının Mediasiya Şurasının Mərkəzi Asiya Mediatorlar Konsorsiumuna üzv olması ölkəmizin mediasiya sahəsində beynəlxalq əlaqələrinin inkişaf etdirilməsi, regional əməkdaşlığın gücləndirilməsi və Azərbaycan təcrübəsinin beynəlxalq platformalarda təqdim olunması baxımından yeni imkanlar açır.

Azərbaycan mediasiyası beynəlxalq əməkdaşlıq yolunda inamla irəliləyir.

Address

Baku
AZ1093

Opening Hours

Monday 09:00 - 18:00
Tuesday 09:00 - 18:00
Wednesday 09:00 - 18:00
Thursday 09:00 - 18:00
Friday 09:00 - 18:00
Saturday 09:00 - 16:00

Website

Alerts

Be the first to know and let us send you an email when Bakı 25 saylı Mediasiya Təşkilatı posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category