05/03/2026
Pulsuz abunəlik fürsətini qaçırma!
TaxReview.az vergi hüququ sahəsində ixtisaslaşmış rəqəmsal portaldır. Portalın məqsədi Azərbaycanda vergi hüququ üzrə etibarlı, sistemli və əlçatan məlumat bazası yaratmaqdır. Portal hüquqşünaslar, vergi mütəxəssisləri, iqtisadçılar və tələbələr üçün vahid elektron resurs kimi fəaliyyət göstərir.
Platformada təqdim olunur:
• Vergi Məcəlləsinin maddələrinə uyğun məhkəmə qərarlarının xülasələri
• Dövlət Vergi Xidmətinin rəsmi sual-cavabları
• Milli və xarici vergi qanunvericiliyi ilə bağlı yeniliklər
• Elmi-praktik məqalələr və hüquqi analizlər
Bundan əlavə, portalda süni intellekt əsaslı virtual köməkçi də aktivdir. Virtual köməkçi portal üzrə bütün mənbələri analiz edərək suallara sürətli cavab verir, məlumatı qısa və anlaşılan formada təqdim edir və müvafiq mənbələrə yönləndirərək axtarış prosesini asanlaşdırır.
Portalda bir sıra mənbələr (məqalə və xəbərlər) bütün istifadəçilər üçün əlçatan olsa da, bütün mənbələrə çıxış (o cümlədən rəsmi izahlar və məhkəmə qərarları), həmçinin virtual köməkçidən tam istifadə abunəliyə əsaslanır.
Bu postu bəyənib paylaşaraq bir aylıq abunəlik imkanlarından pulsuz yararlana bilərsiniz. Yerlər məhduddur. Hesab yaradılması ilə bağlı ətraflı məlumat üçün bizimlə əlaqə saxlayın:
+994 50 347 96 65
[email protected]