23/07/2026
YAP Xəzər Rayon Təşkilatında görüş keçirilib
22 iyul tarixində Yeni Azərbaycan Partiyası Xəzər Rayon Təşkilatının sədri Namiq Əhmədov ilə Bakı şəhəri 22 saylı Mediasiya Təşkilatının təsisçisi Orxan Mahmudov arasında görüş keçirilib.
Səmimi və konstruktiv şəraitdə baş tutan görüş zamanı mediasiya institutunun inkişafı, hüquqi maarifləndirmə istiqamətində həyata keçirilən fəaliyyətlər, eləcə də gələcək əməkdaşlıq imkanları ətrafında fikir mübadiləsi aparılıb.
Görüş qarşılıqlı təşəkkür və gələcək birgə fəaliyyətə dair xoş niyyətlərin ifadə olunması ilə yekunlaşıb.