Uşaq Hüquqları Klinikası - Children's Rights Legal Clinic

Uşaq Hüquqları Klinikası - Children's Rights Legal Clinic Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Uşaq Hüquqları Klinikası - Children's Rights Legal Clinic, Lawyer & Law Firm, Baku.

Uşaq Hüquqları Klinikası İnsan Hüquqları üzrə Müvəkkillə (Ombudsman) əməkdaşlıqda UNICEF-in, ATƏT-in Bakı Ofisi və Böyük Britaniyanın Azərbaycandakı səfirliyinin dəstəyi ilə Uşaq Hüquqları üzrə Azərbaycan QHT Alyansı, Ümidli Gələcək Gənclər Təşkilatı və “Hüquq Dünyası” Hüquqi Təbliğat İctimai Bilrliyi tərəfindən 15 sentyabr 2007-ci il tarixində Bakı şəhərində təsis olunub. Azərbaycan Respublikası

nın Prezidentinin sərəncamına əsasən (Sağlamlıq imkanları məhdud uşaqlara və sosial təhlükəli vəziyyətdə olan yetkinlik yaşına çatmayanlara sosial xidmət göstərilməsi sahəsində əlavə tədbirlər haqqında Azərbaycan Respublikasının Sərəncamı, 09 Yanvar 2013)"Baxımsız və Hüquq Pozuntusu Törədən Uşaqların Sosial Reabilitasiyası və Sosial--Hüquqi Xidmətlərin təşkili layihəsi çərçivəsində Mərkəz artıq 2013-cü ilin İyun ayından etibarən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin maliyyə dəstəyi əsasında uşaq və gəncləri reabilitasiyaya cəlb edərək onların sosial-psixoloji-hüquqi yardımını həyata keçirir. Uşaq Hüquqları Klinikasının vəzifələlri:

- Uşaq hüquqlarının təbliği və milli səviyyədə ictimai vəkillik və maarifləndirmənin təşkili;
- Kliniki təhsilin inkişaf etdilrilməsi yolu ilə Uşaq Hüquqları sahəsində hüquqşünasların əməkdaşlığının yaradılması;
- Uşaqlara pulsuz hüquqi yardımların göstərilməsi;
- Uşaqların hüquqlarının qorunmasından irəli gələn məsələlərin həlli məqsədilə məhkəmələrdə müdafiə işinin həyata keçilrilməsi;
- Yuvenal ədliyyə sahəsində gənc hüquqşünasların hazırlanması;
- Uşaqların Hüquqi müdafiəsi sahəsində ixtisaslaşmış peşəkar hüquqşünasların hazırlanması.

13/03/2023
11/11/2022

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin, Bakı Şəhər Probasiya Xidmətinin dəstəyi və "Ümidli Gələcək” Sosial Təşəbbüslər İctimai Birliyinin təşəbbüsü ilə “Uşaq Hüquqları Aylığı” çərçivəsində maarifləndirmə tədbiri keçirilib.

Ətraflı: https://dma.gov.az/media/xeberler/yeniyetmeler-pese-hazirligi-ve-usaq-huquqlari-ile-bagli-melumatlandirilib

Azərbaycan Respublikası Ədliyyə Nazirliyi

"Ümidli Gələcək" Gənclər Təşkilatı - Reliable Future Youth NGO

05/11/2022
03/11/2022

İNSAN HÜQUQLARI TƏDRİSİNİN TƏŞVİQİ VƏ 24/7 VİRTUAL İNSAN HÜQUQLARI TƏLİM KURSUNUN YARADILMASI ÜZRƏ LAYİHƏ

Avropa İttifaqının maliyyə dəstəyilə BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığı (BMT-İHAK) UN Human Rights - OHCHR regional office tərəfindən həyata keçirilən “Azərbaycanda Həssas Qrupların Hüquqlarının Müdafiəsi” layihəsi çərçivəsində Ümidli Gələcək Sosial Təşəbbüslər İB tərəfindən “İnsan Hüquqlarının Dayanıqlı Tədrisi” mövzusunda yeni layihənin icrasına başlandı. Layihə çərçivəsində insan hüquqları sahəsində milli ekspertlərin iştirakı ilə BMT əsaslı beynəlxalq insan hüquqları sistemi, uşaq və qadın hüquqları, miqrantlar və qaçqınların hüquqları da daxil olmaqla təlim kursunun təşkili və keçirilməsi planlaşdırılıb.

Dövlət qurumları, QHT-lər, ai təhsil ocaqlarının müəllim və magistrları, insan hüquqları sahəsində çalışan tədqiqatçıların qatılacağı və canlı iştirakla keçiriləcək bu təlim kursunun əsas məqsədi onların, BMT insan hüquqları sisteminə dair bilik və praktik bacarıqlarının genişləndirmək, insan hüquqlarının gündəlik fəaliyyətdə tətbiqi ilə bağlı ən yaxşı təcrübələri müzakirə etmək və Azərbaycanda insan hüquqlarına dair məlumatlılığı dayanıqlı formada genişləndirməkdir.

Həyata keçiriləcək təlim kursu çərçivəsində dinləniləcək bütün mühazirələr və təqdimatlar videoya yazılaraq, onlardan ibarət bir neçə modullu virtual elektron təlim kursu hazırlanacaqdır. Virtual təlim kursu ecourses.az platformasına yerləşdirilərək ölkənin müxtəlif regionlarından olan dövlət və qeyri-hökumət qurumları, tələbə və magistrlar, praktik fəaliyyətdə olan digər mütəxəssislər üçün 24/7 əlçatan ediləcəkdir.

Oktyabr ayında canlı təlim kursuna qatılmaq istəyənlər üçün ərizələrin qəbulu elan ediləcəkdir. Seçilmiş namizədlər üçün oktyabr və noyabr aylarında aidiyyatı modullar üzrə təlim kursları keçiriləcək, modulları müvəffəqiyyətlə tamamlamış iştirakçılar üçün sertifikatlar təqdim olunacaqdır.

















19/08/2022
12/08/2022
28/07/2022
22/07/2022

2022-2023-cü tədris ili üçün məktəbəqədər təhsil müəssisələrinə uşaqların qəbulu prosesi davam edir. Bu barədə AzEdu.az-a Təhsil Nazirliyindən məlumat verilib. Bildirilib ki, uşaqların qəbulu “Məktəbəqədər təhsil müəssisələrinə elektron sənəd qəbulu sistemi...

Address

Baku
AZ1010

Alerts

Be the first to know and let us send you an email when Uşaq Hüquqları Klinikası - Children's Rights Legal Clinic posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share