05/03/2026
❗️Fors-major bəndi: müqavilələrdə çox vaxt diqqətdən qaçan, amma olduqca vacib bir müddəa.
Demək olar ki, bütün kommersiya müqavilələrində yer alan, lakin yalnız müəyyən hallarda tətbiq olunan fors-major bəndi əslində müqavilənin ən mühüm hissələrindən biridir. Buna baxmayaraq, bir çox hallarda bu müddəaya kifayət qədər diqqət yetirilmir.
‼️ Fors-major bəndi müqavilənin hansı gözlənilməz və tərəflərin nəzarətindən kənar hallarda pozulmasının üzrlü sayıldığını, tərəflərin hansı şərtlərlə öhdəliklərdən müvəqqəti və ya tam azad ola biləcəyini və bunun hüquqi mexanizmini müəyyən edir.
⬇️ Adətən fors-major halları kimi aşağıdakılar göstərilir (nümunələrlə):
➡️ Təbii fəlakətlər – məsələn, istehsal müəssisəsinin sel, zəlzələ və ya yanğın nəticəsində fəaliyyətini davam etdirə bilməməsi
➡️ Cinayət hadisələri: məsələn, mağazada baş vermiş oğurluq və ya ölüm ilə nəticələnən hadisə
➡️ Sosial-siyasi hadisələr: tərəflərin fəaliyyət göstərdiyi ölkədə müharibə, inqilab və ya ciddi iğtişaşların baş verməsi
➡️ İnzibati qadağalar: dövlət orqanlarının tərəflərdən birinə fəaliyyət qadağası tətbiq etməsi
➡️ Gözlənilməz resurs qıtlığı: yuxarıda sadalanan halların nəticəsində enerji, xammal və ya insan resurslarının kəskin çatışmazlığı
Siyahı sadalananlar ilə bitmir. Belə vəziyyətlərdə tərəflərin öhdəliklərinin, məsuliyyətinin və mümkün zərərlərlə bağlı atılacaq addımların müqavilədə əvvəlcədən aydın şəkildə müəyyən edilməsi xüsusi əhəmiyyət daşıyır.
🔶 Müqavilə hazırlayarkən fors-major da daxil olmaqla bütün müddəaların düzgün və balanslı şəkildə tərtib olunması biznesinizi mümkün hüquqi və maliyyə risklərindən qorumağa kömək edir.
✍🏼 Buna görə də belə sənədləri hazırlayarkən peşəkar hüquq məsləhəti almaq tövsiyə olunur.