TABU Law Center

TABU Law Center Fiziki və hüquqi şəxslərə hər cür hüquqi, maliyyə, o cümlədən kollektor xidməti göst?

Cinayət Məcəlləsinə yeni dəyişiklik:Xarici dövlətin vətəndaşlığını qəbul edərək bu barədə bir ay müddətində müvafiq icra...
26/05/2015

Cinayət Məcəlləsinə yeni dəyişiklik:
Xarici dövlətin vətəndaşlığını qəbul edərək bu barədə bir ay müddətində müvafiq icra hakimiyyəti orqanına yazılı məlumat verməyən şəxslər cinayət məsuliyyəti daşıyacaq.
http://www.president.az/articles/15312

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 17-ci bəndini rəhbər tutaraq qərara alır: Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, №4, II kitab, maddə 251, №5, maddə 323,…

03/04/2015

Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə Dövlət Əmək Müfəttişliyi tərəfindən yaradılmış Əmək müqaviləsi bildirişlərinin elektron qeydiyyatı sisteminin yaradılması özü-özlüyündə irəliyə doğru atılmış addım idi. Sadəcə olaraq düzgün hazırlıq aparılmadan, kampaniya şəklində həyata keçirilməsi problemlər yaratdı. Yaxşı ki, sistemə cavabdeh olanlar irad və təklifləri düzgün qəbul edib fəaliyyətlərində düzəlişlər aparırlar. Yoxsa bərbad bir vəziyyət yaranardı. Burdan "TABU" MMC olaraq yazdığımız təklifləri gözardı etmədən qəbul etdiklərinə və elektron sistemdə vacib olan dəyişiklikləri həyata keçirdiklərinə görə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə Dövlət Əmək Müfəttişliyinin müvafiq vəzifəli şəxslərinə öz təşəkkürümüzü bildiririk. Konkret olaraq təkliflərdən birini deyək: Məlumdur ki, Mülki Məcəllə ilə icra orqanı funksiyasını həyata keçirən rəhbər şəxs (Direktor, İdarə Heyəti Sədri, Prezident və s.) işçilərə münasibətdə işəgötürən funksiyasını həyata keçirir. Bununla bağlı həmin sistemdə lazımi işlər görülmüşdü. Lakin rəhbər şəxsin özünə münasibətdə işəgötürən kimi kimin çıxış etməsi məsələsi açıq qalmışdır. Nəzərə alsaq ki, bu həm təsisçi (tək halda), həm təsisçilərin ümumi yığıncağı tərəfindən səlahiyyətləndirilmiş şəxs, həm səhmdar və ya səhmdarların ümumi yığıncağı tərəfindən səlahiyyətləndirilmiş şəxs, hətta xarici rezident ola bilər, onda sistemdə həmin terminlərin yazılması vacib idi. Yazışmalardan və şifahi söhbətlərdən sonra bunu etdilər.. Çox sağ olsunlar. Növbəti təkliflərdən biri isə "kənar idarəçi" termininin işəgötürən (vəzifəli şəxs) kimi sistemə daxil edilməsidir.

Əla...!! Vətəndaşlara qarşı bankların, BOKT-larının hərraclarla əlbir olub yol verdikləri fırıldaqçılığa, süründürməçili...
07/11/2014

Əla...!! Vətəndaşlara qarşı bankların, BOKT-larının hərraclarla əlbir olub yol verdikləri fırıldaqçılığa, süründürməçiliyə son qoyan qərar.



http://azertag.az/xeber/Azerbaycan_Respublikasi_AdindanAzerbaycan_Respublikasi_Konstitusiya_Mehkemesi_Plenumunun_QARARI-808113

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu Fərhad Abdullayev (sədr), Sona Salmanova, Südabə Həsənova, Rövşən İsmayılov, Ceyhun Qaracayev, Rafael Qvaladze (məruzəçi-hakim), Mahir Muradov, İsa Nəcəfov və Kamran Şəfiyevdən ibarət tərkibdə

18/01/2014

Əməkdaşımız Vüsal Orucov Vəkillər Kollegiyasına üzv olmaq üçün keçirilən test imtahanında 706 nəfər arasında ən yüksək nəticəni göstərərək uğurlu nəticə göstərmişdir. Təbrik edirik.

14/01/2014

Saytımız fəaliyyətə başladı.. Bu gündən sayt vasitəsilə də hüquqa aid Sizi narahat edən suallarınızı ünvanlaya bilərsiniz.

http://tabu.az/

17/12/2013

TABU Hüquq Mərkəzi müştərilərə məhkəmə işləri və nümayəndəlik üzrə xidmətlər təklif edir:
-İddia ərizələrinin, şikayətlərin, vəsatətlərin hazırlanması və mülki mübahisələrin məhkəmədə həlli;
-İqtisadi və inzibati icraat qaydasında 1-ci instansiya, apellyasiya və kassasiya məhkəmələrində müştərilərin maraqlarının təmsil edilməsi.

Address

Ünvan: Bakı şəhəri, İstiqlaliyyət 31
Baku
AZ1001

Alerts

Be the first to know and let us send you an email when TABU Law Center posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to TABU Law Center:

Share