Yusif Allahverdiyev və partnyorları Vəkil Bürosu

Yusif Allahverdiyev və partnyorları Vəkil Bürosu Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Yusif Allahverdiyev və partnyorları Vəkil Bürosu, Legal, Bakı şəhəri, Yasamal rayonu, İ. Qutqaşınlı küçəsi 507 Altes Plaza, Baku.

Bizim hüquq sahəsində böyük təcrübəyə malik vəkillərimiz sizin hər növ hüquqi problemlərinizin həllində yaxından iştirak edəcək, sizə müxtəlif yanaşmalar və həll yolları təqdim edəcəklər.

15 fevral 2025-ci il tarixində Nizami Rayon Məhkəməsində DİA Tələbə Gənclər Təşkilatının nəzdində fəaliyyət göstərən "Hü...
16/02/2025

15 fevral 2025-ci il tarixində Nizami Rayon Məhkəməsində DİA Tələbə Gənclər Təşkilatının nəzdində fəaliyyət göstərən "Hüquq" klubu və Azərbaycan Respublikası Vəkillər Kollegiyası “Yusif Allahverdiyev və Partnyorları” vəkil bürosunun birgə təşkilatçılığı ilə III Hüquqi Debat Müsabiqəsi keçirilib.

İştirak edən komandalar yarımfinal mərhələsində “Hərbi xidmətin qadınlar üçün könüllü olması bərabərlik hüququnu pozurmu? (təsdiq və inkar)”, final mərhələsində isə “Süni intellektin törətdiyi cinayət əməlinə görə onun mülkiyyətçisi məsuliyyət daşımalıdırmı? (təsdiq və inkar)” mövzularını müzakirə etmişlər.
Belə ki, yarımfinal mərhələsinin I turunda “Lex Situs” və “Lex Defenders” komandaları, II turunda isə “Justitia” və “İnferno” komandaları finala vəsiqə qazanmaq uğrunda mübarizə aparmışlar.

Daha sonra müvafiq olaraq, “Lex Situs” və “Justitia” komandaları qalib gələrək final mərhələsində iştirak etmişlər.
Nəticədə, olduqca rəqabətli keçən final mərhələsində qalib gələn komanda 172 xalla “Lex Situs” komandası olmuşdur.

Beləliklə, I yerin sahibləri ADA Universitetinin "Lex Situs" komandası tələbələri Aydan Mehdiyeva və Aytac Şahmarova, II yerin sahibləri Dövlət İdarəçilik Akademiyasının "Justitia" komandası tələbələri Əntiqə Məmmədli və Nərgiz Cəfərova olmuşdur. III və IV yerin sahibləri isə Bakı Dövlət Universitetinin "Lex Defenders" və "İnferno" komandaları olub.

Sonda qalib gələn komandalara mükafat və diplomlar təqdim edilib.

&PARTNERSvekilburosu
#

19/01/2025
8 Noyabr - Zəfər Günü və 9 Noyabr - Bayraq Günü münasibətləri ilə 07 noyabr tarixində "Yusif Allahverdiyev və partnyorla...
07/11/2024

8 Noyabr - Zəfər Günü və 9 Noyabr - Bayraq Günü münasibətləri ilə 07 noyabr tarixində "Yusif Allahverdiyev və partnyorları" Vəkil Bürosu tərəfindən pulsuz hüquqi yardımla bağlı "Açıq qapı" günü keçirilmişdir.

Belə ki, büronun vəkilləri tərəfindən 12 nəfər aztəminatlı şəxsə pulsuz hüquqi yardım göstərilmişdir.

Elan! 8 Noyabr - Zəfər Günü və 9 Noyabr - Bayraq Günü münasibətləri ilə 07 noyabr tarixində "Yusif Allahverdiyev və part...
06/11/2024

Elan!

8 Noyabr - Zəfər Günü və 9 Noyabr - Bayraq Günü münasibətləri ilə 07 noyabr tarixində "Yusif Allahverdiyev və partnyorları" Vəkil Bürosu tərəfindən pulsuz hüquqi yardımla bağlı "Açıq qapı" günü keçiriləcək.

Belə ki, aztəminatlı şəxslər pulsuz hüquqi yardım almaq üçün "Yusif Allahverdiyev və partnyorları" Vəkil Bürosuna müraciət edə bilərlər.
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, İ.Qutqaşınlı k. 507/511, Altes Plaza, blok A, mərtəbə 21.

Aksiya saat 09:00-dan 18:00-dək davam edəcək.

Address

Bakı şəhəri, Yasamal Rayonu, İ. Qutqaşınlı Küçəsi 507 Altes Plaza
Baku
AZ1073

Opening Hours

Monday 09:00 - 18:00
Tuesday 09:00 - 18:00
Wednesday 09:00 - 18:00
Thursday 09:00 - 18:00
Friday 09:00 - 18:00

Telephone

+994125556684

Alerts

Be the first to know and let us send you an email when Yusif Allahverdiyev və partnyorları Vəkil Bürosu posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to Yusif Allahverdiyev və partnyorları Vəkil Bürosu:

Share

Category