online_huquqi_xidmetler

online_huquqi_xidmetler online huquq.evden işden cıxmadan problemlerınızı online hell edin.

21/03/2026
Borc Pul Verərkən Müqavilə Yazmaq Niyə Vacibdir?Bəzən dost, tanış və ya yaxınlara borc pul verilir, amma heç bir sənəd t...
07/05/2025

Borc Pul Verərkən Müqavilə Yazmaq Niyə Vacibdir?

Bəzən dost, tanış və ya yaxınlara borc pul verilir, amma heç bir sənəd tərtib olunmur. Bu isə sonradan borcun qaytarılmaması halında hüquqi müdafiəni çətinləşdirir.

Əgər siz pul borc verirsinizsə və geri qaytarılmasını təmin etmək istəyirsinizsə, borc müqaviləsi bağlamağınız şərtdir.

Borc müqaviləsində mütləq göstərilməlidir:
• Tərəflərin tam kimliyi (ad, soyad, şəxsiyyət vəsiqəsi məlumatları);
• Borcun məbləği və verilmə qaydası (nağd və ya bank vasitəsilə);
• Qaytarılma müddəti və şərtləri (tam və ya hissə-hissə);
• Faiz varsa – faizin dəqiq faizi və hesablanma qaydası;
• Gecikdirmə olarsa məsuliyyət (cərimə, hüquqi tədbirlər);
• Tarix və imzalar (şahidlərin imzası tövsiyə olunur).

Unutmayın: Sadə bir kağızda, iki nəfərin imzası ilə belə düzgün yazılmış borc müqaviləsi hüquqi qüvvəyə malikdir.



QlobalLex Hüquq – vətəndaşların hüquqi maariflənməsi üçün praktiki tövsiyələr verir.

Hüquqi fakt nə zaman məhkəmə ilə tanına bilər?Hüquqi əhəmiyyətə malik bir fakt yalnız o halda məhkəmə qaydasında tanına ...
06/05/2025

Hüquqi fakt nə zaman məhkəmə ilə tanına bilər?

Hüquqi əhəmiyyətə malik bir fakt yalnız o halda məhkəmə qaydasında tanına bilər ki, ərizəçi həmin faktı başqa yolla – yəni rəsmi sənədlərlə sübut edə bilməsin.

Əgər faktı təsdiqləyən sənədlər:
• Ümumiyyətlə mövcud deyilsə,
• Itirilib və bərpası mümkün deyilsə,
bu zaman məhkəmə həmin faktı hüquqi tanınmış fakt kimi qəbul edə bilər.

Əgər sənədi almaq mümkündürsə, məhkəmə belə faktları tanımır.

Ailə mübahisələri zamanı ən çox edilən 5 hüquqi səhv.1. Emosional qərarlarla nikah pozulmasıNikahın pozulması qərarı düş...
05/05/2025

Ailə mübahisələri zamanı ən çox edilən 5 hüquqi səhv.
1. Emosional qərarlarla nikah pozulması
Nikahın pozulması qərarı düşünülmədən, emosiyalarla verilir. Bu isə əmlak bölgüsündə və uşaqla bağlı qərarlarda ciddi fəsadlara yol aça bilər.
2. Uşağın bir tərəfdən gizlədilməsi
Bəzi valideynlər uşağı qarşı tərəfdən gizlədir. Bu, məhkəmədə valideynlik hüququna mənfi təsir edə bilər.
3. Əmlakı “sözlə” bölmək
Rəsmi razılaşma olmadan əmlakın bölünməsi sonradan ciddi hüquqi mübahisələrə gətirib çıxarır.
4. Hüquqi nümayəndəsiz məhkəməyə getmək
Hüquqi bilik olmadan məhkəməyə çıxmaq hüquqların tam müdafiə olunmamasına səbəb olur.
5. Sosial şəbəkədə ittiham və paylaşım
Şəxsi münaqişələrin ictimailəşdirilməsi sənə hüquqi zərər verə bilər və ailə hüququ üzrə iddialarına təsir edə bilər.
Nəticə:
Ailə münaqişələrində emosiyalarla yox, hüquqla hərəkət etmək lazımdır.
QlobalLex Hüquq bu çətin mərhələdə sizə peşəkar hüquqi dəstək göstərməyə hazırdır.

Sahibkarlar üçün 3 vacib müqavilə.1. Satış və ya xidmət müqaviləsiMüştəri ilə münasibətləri tənzimləyir. Göstərilən xidm...
05/05/2025

Sahibkarlar üçün 3 vacib müqavilə.
1. Satış və ya xidmət müqaviləsi
Müştəri ilə münasibətləri tənzimləyir. Göstərilən xidmətin həcmi, ödəniş, məsuliyyət və şərtlər aydın olmalıdır.
2. Əmək müqaviləsi və ya əməkdaşlıq müqaviləsi
İşçilərlə və ya freelancerlərlə iş zamanı tərəflərin hüquq və öhdəliklərini müəyyən edir. Şifahi razılaşma mübahisələrdə risklidir.
3. Kommersiya sirri və ya məxfilik müqaviləsi .
Əməkdaşlara, tərəfdaşlara və ya texniki mütəxəssislərə verilən məlumatların qorunması üçün istifadə olunur. Məxfi məlumat yayılarsa, hüquqi məsuliyyət yaradır.
Nəticə:
Müqaviləsiz biznes risqli biznesdir. Hər bir əməkdaşlıq və satış hüquqi sənədlərlə qorunmalıdır.

QlobalLex Hüquq – Sahibkarların hüquqi tərəfdaşı.

📢 Əqli Mülkiyyət Hüququ – Fikirlərinizin Qorunması! ⚖️🔹 Brendinizin və yaradıcı işlərinizin qorunmasına ehtiyacınız var?...
31/03/2025

📢 Əqli Mülkiyyət Hüququ – Fikirlərinizin Qorunması! ⚖️

🔹 Brendinizin və yaradıcı işlərinizin qorunmasına ehtiyacınız var?
🔹 Patent, əmtəə nişanı və müəllif hüquqları ilə bağlı peşəkar dəstək istəyirsiniz?

✅ QlobalLex sizə aşağıdakı sahələrdə kömək edir:
✔ Əmtəə nişanlarının qeydiyyatı və müdafiəsi
✔ Patent hüquqlarının qorunması
✔ Müəllif hüquqları və lisenziyalaşdırma
✔ Brend və innovasiyalar üçün hüquqi məsləhətlər

Address

Baku

Website

Alerts

Be the first to know and let us send you an email when online_huquqi_xidmetler posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share