Mediator İlham Fərzəliyev

Mediator İlham Fərzəliyev Mediator

16/08/2026

📌 Azərbaycan Respublikasının Mediasiya Şurası Mərkəzi Asiya Mediatorlar Konsorsiumuna üzv qəbul edildi

Azərbaycan mediasiyasının beynəlxalq əməkdaşlıq coğrafiyası genişlənir

Azərbaycan Respublikasının Mediasiya Şurası Mərkəzi Asiya Mediatorlar Konsorsiumuna tamhüquqlu üzv qəbul edilib.

Bu barədə qərar Qırğızıstan Respublikasının İssık-Kul bölgəsində keçirilən IV Beynəlxalq Mediasiya Yay Məktəbi çərçivəsində qəbul olunub. Tədbirdə Mərkəzi Asiya ölkələri ilə yanaşı, müxtəlif ölkələrdən mediatorlar, mediasiya təşkilatlarının rəhbərləri və ekspertlər iştirak ediblər. Azərbaycanı tədbirdə Mediasiya Şurasının 17 nəfərdən ibarət nümayəndə heyəti təmsil edib.

Azərbaycan Respublikasının Mediasiya Şurasının Konsorsiuma üzv qəbul edilməsi ölkəmizin mediasiya sahəsində əldə etdiyi təcrübənin beynəlxalq səviyyədə tanınmasının və Azərbaycan mediatorlarının Mərkəzi Asiya ölkələrinin mediasiya peşəkarları ilə əməkdaşlığının daha da genişləndirilməsinin mühüm göstəricilərindən biridir.

Mərkəzi Asiya Mediatorlar Konsorsiumunun rəhbərliyində regionun müxtəlif ölkələrini təmsil edən tanınmış mediasiya mütəxəssisləri yer alır.

Konsorsiumun həmsədrləri sırasında Qırğızıstandan Gülsina Xocoyarova – Qırğızıstan Respublikası Mediatorlar Palatasının sədri, Qazaxıstandan Jandilde Jakupov və Özbəkistandan Faziljon Otaxonov təmsil olunurlar.

Konsorsiumun belə bir regional rəhbərlik modeli Mərkəzi Asiya ölkələri arasında mediasiya sahəsində bərabərhüquqlu əməkdaşlığın, qarşılıqlı təcrübə mübadiləsinin və peşəkar əlaqələrin inkişaf etdirilməsinə xidmət edir.

Azərbaycan Respublikasının Mediasiya Şurasının Konsorsiuma tamhüquqlu üzv qəbul edilməsi ilə Azərbaycan mediasiya institutu da bu regional əməkdaşlıq platformasının bir hissəsinə çevrilib.

Azərbaycanın Konsorsiuma üzvlüyü ölkəmizin Mərkəzi Asiya dövlətləri ilə hüquq və mediasiya sahəsində əlaqələrinin yeni mərhələyə qədəm qoymasına imkan yaradacaq. Qarşıdakı dövrdə birgə beynəlxalq layihələrin, təlimlərin, yay məktəblərinin, elmi-praktik konfransların və mediatorlar arasında təcrübə mübadiləsinin həyata keçirilməsi nəzərdə tutulur.

“Bu, Azərbaycan mediasiyasının beynəlxalq nüfuzunun göstəricisidir”

Azərbaycan Respublikasının Mediasiya Şurasınından bildirilib ki, Azərbaycanın Mərkəzi Asiya Mediatorlar Konsorsiumuna üzv qəbul edilməsi ölkə mediasiyasının beynəlxalq əməkdaşlıq imkanlarının genişləndirilməsi baxımından mühüm hadisədir:

“Azərbaycan mediasiyasının inkişafı yalnız ölkə daxilində əldə olunan nəticələrlə məhdudlaşmamalıdır. Bizim əsas məqsədlərimizdən biri Azərbaycan mediatorlarının beynəlxalq mediasiya ailəsində daha fəal və layiqli yer tutmasıdır. Mərkəzi Asiya Mediatorlar Konsorsiumuna tamhüquqlu üzv qəbul edilməyimiz bu istiqamətdə atılmış növbəti mühüm addımlardan biridir.

Biz mediasiya sahəsində Mərkəzi Asiya ölkələrinin mediatorları ilə dostluq və peşəkar əməkdaşlıq münasibətlərimizi bundan sonra da inkişaf etdirəcəyik.

Əminik ki, bu əməkdaşlıq qarşılıqlı təcrübə mübadiləsinə, yeni beynəlxalq layihələrin həyata keçirilməsinə və Azərbaycan mediasiyasının daha geniş coğrafiyada tanıdılmasına xidmət edəcək.”

Azərbaycan nümayəndə heyətinin Qırğızıstanda keçirilən tədbirdə iştirakı çərçivəsində “Transsərhəd mediasiya: Sinqapur və Honkonq konvensiyaları” mövzusunda beynəlxalq konfrans da keçirilib.

Azərbaycan Respublikasının Mediasiya Şurasının Mərkəzi Asiya Mediatorlar Konsorsiumuna üzv olması ölkəmizin mediasiya sahəsində beynəlxalq əlaqələrinin inkişaf etdirilməsi, regional əməkdaşlığın gücləndirilməsi və Azərbaycan təcrübəsinin beynəlxalq platformalarda təqdim olunması baxımından yeni imkanlar açır.

Azərbaycan mediasiyası beynəlxalq əməkdaşlıq yolunda inamla irəliləyir.

06/07/2026
02/07/2026
30/06/2026

🤝 Mübahisələrin həllində mediatorun rolu həlledicidir. Bəs mediator kimdir?

Mediator – tərəflərin razılığı ilə təyin olunan, mediasiya prosesini qanunun tələblərinə uyğun, müstəqil və qərəzsiz şəkildə həyata keçirən peşəkar şəxsdir. Onun əsas məqsədi tərəflər arasında konstruktiv dialoqu təşviq edərək qarşılıqlı məqbul həllə nail olunmasına dəstək göstərməkdir.

Address

Səbail Rayonu Ziya Yusifzadə Küçəsi 133A
Baku
AZ1003

Opening Hours

Monday 09:00 - 18:00
Tuesday 09:00 - 18:00
Wednesday 09:00 - 18:00
Thursday 09:00 - 18:00
Friday 09:00 - 18:00
Saturday 09:00 - 17:00

Telephone

+994507551542

Alerts

Be the first to know and let us send you an email when Mediator İlham Fərzəliyev posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to Mediator İlham Fərzəliyev:

Shortcuts

Share

Category