vekil.qumru.eyvazova

vekil.qumru.eyvazova Legal

Bu gün Vəkillər Kollegiyasının Hüquqi Yardım Mərkəzinin təşkilatçılığı ilə “Vərəsəlik münasibətlərini nizama salan norma...
24/01/2026

Bu gün Vəkillər Kollegiyasının Hüquqi Yardım Mərkəzinin təşkilatçılığı ilə “Vərəsəlik münasibətlərini nizama salan normaların tətbiqi zamanı yol verilən pozuntular” mövzusunda *əyani* qaydada təlim keçirilmişdir.

Təlimçi qismində Azərbaycan Respublikası Ali Məhkəməsi yanında Elmi-məsləhət şurasının üzvü Əsəd Mirzəliyev çıxış etmişdir.
Çox maraqlı və intensiv sual cavab formasında keçirilmiş təlimə görə Əsəd müəllimə öz dərin minnətdarlığımızı bildiririk.
Həmçinin, təşkilatçılığa görə başda Amir Ibrahim Aliyev müəllim olmaqla Mərkəzin bütün kollektivinə təşəkkür edirik.

Bugün Qadın Vəkillər Alyansı - Women Lawyers Alliance  ilin sonunda ənənəvi görüşünü keçirmişdir. Görüş səmimi və eyni z...
14/12/2025

Bugün Qadın Vəkillər Alyansı - Women Lawyers Alliance ilin sonunda ənənəvi görüşünü keçirmişdir.
Görüş səmimi və eyni zamanda əyləncəli mühitdə baş tutmuş, iştirakçılar üçün hədiyyələr təqdim edilmişdir.
Uzun müddətdir bir-biri ilə görüşməyən vəkillər yenidən bir araya gələrək ünsiyyət qurmuş, peşəkar fəaliyyət, görülən işlər və gələcək planlar ətrafında fikir mübadiləsi aparmışlar.

Bu görüşün keçirilməsinə şərait yaradan hörmətli sədrimiz Anar Baghirov müəllim başda olmaqla, Alyansın sədri Dela Dilare xanıma,bu işlərin görülməsində əziyyət çəkən Vəfa xanıma,Leyla xanıma və digər şəxslərə də öz dərin təşəkkürümüzü bildiririk. 🌹

BDU Hüquq fakültəsi 4-cü kurs tələbələrimin seminar dərslərinin prezentasiya şəklində təqdim edilməsi. 📚
27/11/2025

BDU Hüquq fakültəsi 4-cü kurs tələbələrimin seminar dərslərinin prezentasiya şəklində təqdim edilməsi. 📚

BDU Hüquq fakültəsi 4-cü kurs rus bölməsi. Tələbəm Pərviz ad günü tortunu axşamadək saxlayıb ki mənim dərsimdə kəssin🎂❤️
27/11/2025

BDU Hüquq fakültəsi 4-cü kurs rus bölməsi.
Tələbəm Pərviz ad günü tortunu axşamadək saxlayıb ki mənim dərsimdə kəssin🎂❤️

“Femida Könüllüləri” Təşkilatının “Dəyirmi Masa” layihəsinin növbəti buraxılışının qonağı “Alyans” Vəkil Bürosunun vəkil...
20/11/2025

“Femida Könüllüləri” Təşkilatının “Dəyirmi Masa” layihəsinin növbəti buraxılışının qonağı “Alyans” Vəkil Bürosunun vəkili Qumru Eyvazova olub.

“Sökülən binalarda əmlak hüquqlarına xitam verilməsi və bununla bağlı olan mübahisələr” mövzusuna həsr olunmuş buraxılış zamanı mülkiyyət hüququnun qorunması, ədalətli kompensasiyanın müəyyən edilmə qaydaları, müqavilə öhdəliklərinin rolu və məhkəmə təcrübəsində rast gəlinən mübahisələr geniş şəkildə müzakirə olunub.

Prosesin hüquqi əsasları izah edilərək iştirakçılara belə işlərdə sübutların toplanması və hüquqi müdafiə imkanları barədə praktiki tövsiyələr verilib. Bu müzakirələr sökülmə prosesi zamanı vətəndaşların əmlak maraqlarının necə təmin olunduğunu anlamaq baxımından xüsusi əhəmiyyət daşıyır.

Görüşün sonunda Qumru Eyvazova öz təcrübəsini bölüşərək, könüllüləri maraqlandıran sualları cavablandırıb.

Femida Könüllüləri üçün təşkil olunan *“Dəyirmi Masa”* layihəsinin növbəti buraxılışı ilə qarşınızdayıq!*“Sökülən binala...
14/11/2025

Femida Könüllüləri üçün təşkil olunan *“Dəyirmi Masa”* layihəsinin növbəti buraxılışı ilə qarşınızdayıq!

*“Sökülən binalarda əmlak hüquqlarına xitam verilməsi və bununla bağlı olan mübahisələr”* mövzusunda keçiriləcək *“Dəyirmi Masa”* layihəsinin növbəti qonağı Vəkillər Kollegiyasının üzvü, “Alyans” Vəkil Bürosunun vəkili *Qumru Eyvazovadır.*

*Təlim 15 noyabr, saat 11:00-da Azərbaycan Respublikasının Ali Məhkəməsinin inzibati binasında keçiriləcək.*

Bu gün tələbələrimdən ibarət “BDU könüllüləri” təşkilatı Hüquq fakültəsi üzrə könüllülərin və Mülki proses və kommersiya...
01/11/2025

Bu gün tələbələrimdən ibarət “BDU könüllüləri” təşkilatı Hüquq fakültəsi üzrə könüllülərin və Mülki proses və kommersiya hüququ kafedrasının birgə təşkilatçılığı ilə ilk dəfə keçirilən Mülki Məhkəmə Simulyasiyası uğurla başa çatdı.

Simulyasiya Ali Məhkəmənin (Hakim İspəndiyar Şəfiyev) 3 ulduzlu qərarı əsasında qurulmuşdur:
https://lnkd.in/e2675yBX

Bu Simulyasiyanın təşkilində göstərilmiş hərtərəfli dəstəyə görə Hüquq fakültəsi Mülki proses və kommersiya hüququ kafedrasının müdiri Asmar Aliyeva və bütün təşkilatı işləri üzərinə götürən tələbəm Alam Nabizadəyə,həmçinin Binəqədi rayon Məhkəməsinin və Apellyasiya Məhkəməsinin sədrlərinə öz minnətdarlığımızı bildiririk!

Xüsusilə də, tələbələrə və kafedramıza hər zaman dəstək olan Ali Məhkəmənin Mülki Kollegiyasının sədri Sənan Hacıyevə, hakim İspəndiyar Şəfiyevə və Məhkəmə-Hüquq Şurasının aparat rəhbəri Kərəm Mansurova öz təşəkkürümüzü bildiririk!

07/08/2025
Dünən  05 iyul 2025-ci il tarixində Vəkillər Kollegiyasının Tədris Mərkəzində “Evlərin söküntüsü və yaranan problemlərin...
06/07/2025

Dünən 05 iyul 2025-ci il tarixində Vəkillər Kollegiyasının Tədris Mərkəzində “Evlərin söküntüsü və yaranan problemlərin məhkəmədə həlli qaydası” adlı təlimim keçirildi.

Təlimdə həm online, həm də hibrit şəkildə iştirak edən bütün vəkillərə minnətdaram.

Eləcə də, Azərbaycan Respublikasının Vəkillər Kollegiyası-Azerbaijani Bar Association bu şəraiti mənim üçün yaratdığına görə xüsusi təşəkkürümü bildirirəm.

Çinə uçarkən 8 saatlıq uçuşu gözə aldıq və özümüzlə kağız qələm götürdük ki, mənim rəssam qızım Nərgiz öz bacarığını nüm...
18/06/2025

Çinə uçarkən 8 saatlıq uçuşu gözə aldıq və özümüzlə kağız qələm götürdük ki, mənim rəssam qızım Nərgiz öz bacarığını nümayiş etdirsin.
Bu gün əsəri yekunlaşdırdı.
Əsərin qəhramanı Nərgizin sevimli futbol komandası Real Madridin oyunçusu Jude Bellingham ❤️
👧🏻

Bu gün AZTV-nin “Günə davam” verilişində “Vərəsəlikdə miras payının alınması ilə bağlı” Mülki Məcəlləyə ediləcək dəyişik...
30/05/2025

Bu gün AZTV-nin “Günə davam” verilişində “Vərəsəlikdə miras payının alınması ilə bağlı” Mülki Məcəlləyə ediləcək dəyişikliklər barədə bəzi məsələləri müzakirə etdik.
Dəvət üçün təşəkkürlər.

26/05/2025

Аннулирование прописки при сносе домов ⤵️

#сносдомов #выписка #прописка

Address

Ünvan: Bakı şəhəri, Xətai Rayonu, Xocalı Prospekti, Bina 29, Blok 22, 1-ci Mərtəbə, Əlaqə Tel: 012 489-25/22
Baku

Website

Alerts

Be the first to know and let us send you an email when vekil.qumru.eyvazova posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to vekil.qumru.eyvazova:

Share

Category