Ağdaş 2 saylı Mediasiya Təşkilatı

Ağdaş 2 saylı Mediasiya Təşkilatı Ağdaş 2 saylı Mediasiya Təşkilatı
Hukuk Hizmeti
Mediasiya vasitəsi ilə aşağıdakı xidmətlər həyata keçirilir. Tel: +994 51 817 17 77

Ailə (nigah, aliment, digər) Əmək və Mülki və Komersiya münasibətlərdən irəli gələn məsələlər.

Ağdaş 2 saylı Mediasiya Təşkilatı mübahisələrinizin həlli üçün ən peşəkar Mediatorlar və əlverişli şərait ilə xidmətiniz...
09/06/2026

Ağdaş 2 saylı Mediasiya Təşkilatı mübahisələrinizin həlli üçün ən peşəkar Mediatorlar və əlverişli şərait ilə xidmətinizdədir!
Ünvan:Ağdaş rayonu H. Əliyev mər.
Əlaqə nömrələri:+994-55-716-08-15
+994-51-817-17-77

Borcda çıxış yolu var: dialoq və mediasiya!Borcla bağlı yaranan mübahisələrdə ən düzgün həll yolu qarşılıqlı anlaşma və ...
09/06/2026

Borcda çıxış yolu var: dialoq və mediasiya!
Borcla bağlı yaranan mübahisələrdə ən düzgün həll yolu qarşılıqlı anlaşma və dialoqdur. Məhkəmə çəkişmələrinə getmədən, mediasiya vasitəsilə tərəflər sakit, ədalətli və sürətli şəkildə razılığa gələ bilərlər.
Mediasiya – həm münasibətləri qoruyur, həm də vaxt və xərclərə qənaət edir.
Çıxış yolu var – danışaq, razılaşaq, həll edək!Ağdaş 2 saylı Mediasiya Təşkilatı mübahisələrinizin həlli üçün ən peşəkar Mediatorlar və əlverişli şərait ilə xidmətinizdədir!
Ünvan:Ağdaş rayonu H. Əliyev mər.
Əlaqə nömrələri:+994-55-716-08-15
+994-51-817-17-77

09/06/2026

📌 Mediasiya Şurasının üzvü Feyzulla Mehdiyev "FİFA agentləri arasında mübahisə və əməkdaşlıq" platformasında çıxış edib

6-7 iyun tarixlərində QOLAT Sport Services & Agency tərəfindən AFFA-nın tərəfdaş olduğu "Football Conference Baku 2nd edition" adlı beynəlxalq tədbir təşkil olunub.

Tədbirdə bir çox ölkələrdən - Türkiyə, Xorvatiya, Gürcüstan, Libya, Portuqaliya, İspaniya, Çexiya, Qazaxıstan, Estoniya, Albaniya və ABŞ-dan müxtəlif xarici futbol adamları - məşqçilər, skautlar, futbol agentləri, eləcə də yerli futbol məşqçiləri, skautlar, idman jurnalistləri və digər futbol sferasından nümayəndələr iştirak edib.

Tədbirdə həmçinin Mediasiya Şurasının üzvü, Bakı 6 saylı Mediasiya Təşkilatının mediatoru Feyzulla Mehdiyev tədbirdə FİFA-nın lisenziyalı Futbol Agenti, eyni zamanda mediator olaraq speaker qismində çıxış edib. Onu da qeyd edək ki, Feyzulla Mehdiyev Futbol agenti Said Bağırovun rəhbərlik etdiyi QOLAT Sport Services & Agency ilə əməkdaşlıq edir.

Cari tədbirdə "Fifa agentləri arasında mübahisə və əməkdaşlıq" adlı platformada çıxış edən Feyzulla Mehdiyev yaranan mübahisələrin mediasiya yolu ilə həllinin mümkünlüyü, hazırki dövrdə də FİFA-nın bir çox əsas reqlamentlərində - oyunçuların statusu və transferi, FİFA Tribunalının Prosessual Qaydaları, Fifa Futbol Agenti Reqlamenti, FİFA-nın Mediasiya Təlimatlarıda yer aldığını, həmçinin mübahisələrin İdman Arbitraj Məhkəməsinə (CAS) verilməmişdən qabaq mediasiyaya üstünlük verilməsindən, mübahisələrin mediasiya yolu ilə həllindən danışıb və mediasiyanın bu cür mübahisələrin həllində daha səmərəli, daha effektiv olduğunu qeyd edib.

09/06/2026
09/06/2026
Hörmətli və dəyərli sədrimiz Nadir müəllim!Sizi doğum gününüz münasibətilə Ağdaş 2 saylı Mediasiya Təşkilatı adından səm...
09/06/2026

Hörmətli və dəyərli sədrimiz Nadir müəllim!

Sizi doğum gününüz münasibətilə Ağdaş 2 saylı Mediasiya Təşkilatı adından səmimi qəlbdən təbrik edirik!

Azərbaycan mediasiya sisteminin inkişafı, barış və hüquqi mədəniyyətin təşviqi istiqamətində göstərdiyiniz yorulmaz fəaliyyət, peşəkarlıq və yüksək idarəçilik nümunəsi hər birimiz üçün böyük örnəkdir. Sizin rəhbərliyiniz altında mediasiya ailəsi gündən-günə daha da güclənir və cəmiyyətimizdə etimad qazanan mühüm bir institut kimi inkişaf edir.

Sizə möhkəm cansağlığı, uzun ömür, ailə səadəti və məsuliyyətli fəaliyyətinizdə yeni-yeni uğurlar arzulayırıq. Uğurlarınız daim bol, yolunuz açıq olsun!

Doğum gününüz mübarək olsun!

Hörmətlə,

Ağdaş 2 saylı Mediasiya Təşkilatı kollektivi

Address

Agdash

Alerts

Be the first to know and let us send you an email when Ağdaş 2 saylı Mediasiya Təşkilatı posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category